Türkiyənin məşhur aktyoru azərbaycanlı reperin klipində - VİDEO - FOTO
    • 15-11-2018, 15:47
    • 1 147

Türkiyənin məşhur aktyoru azərbaycanlı reperin klipində - VİDEO - FOTO

Jay Hun ləqəbi ilə tanınan azərbaycanlı reper yeni klipini təqdim edib.

Reperin klipi Türkiyədə "Seyhan Müzik" şirkətinin etiketi ilə təqdim olunub. Sözü və musiqisi özünə aid "Aşk yakası" mahnısına çəkilən klipdə Türkiyənin məşhur aktyoru Serkan Şengül və baqaları oynayıblar. Klipin rejissoru Hüsamettin İstenci, mahnının aranjemanı Xalis Xana məxsusdur. 

Azərbaycanda daha çox müğənni Səidə Sultanla oxuduğu "İki-iki" mahnısı ilə tanınan Jay Hun artıq fəaliyyətininin bir hissəsini Türkiyədə davam etdirəcək.

Azər Nəsibov