“Ədalətin bərpa edilməsini tələb edirik”- Leyla Abdullayeva
    • 30-08-2021, 12:24
    • 404

“Ədalətin bərpa edilməsini tələb edirik”- Leyla Abdullayeva

“Ədalətin bərpa edilməsini tələb edirik”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva tviter səhifəsində yazıb.

“Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılara həsr olunmuş belə bir əlamətdar tədbirin moderasiyasını həyata keçirməkdən qürur duydum. Biz itkin düşmüş azərbaycanlıların yaxınlarının səsini dünyaya çatdırırıq və ədalətin bərpa edilməsini tələb edirik”, - o bildirib.

Qeyd edək ki, bu gün ADA Universitetində 30 avqust – Beynəlxalq İtkin Düşmüşlər Günü Konfransı keçirilib.