Hazırda 8 hərbçi itkin düşmüş sayılır - Müdafiə Nazirliyi
    • 30-06-2021, 17:25
    • 524

Hazırda 8 hərbçi itkin düşmüş sayılır - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.

News24.az xəbər verir ki,iyunun 30-dək itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir", - nazirlikdən bildirilib.