Naftalanla bağlı poçt markaları dövriyyəyə buraxıldı - Foto
    • 30-08-2021, 13:07
    • 661

Naftalanla bağlı poçt markaları dövriyyəyə buraxıldı - Foto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən "Müalicəvi Naftalan nefti" mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb.

News24.az-a verilən məlumata görə, buraxılış 1 markadan ibarət poçt bloku şəklində hazırlanıb. Markanın ölçüsü 40,3 x 40,3 mm, vərəqin ölçüsü 52x69 millimetrdir. Poçt bloku 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt markasının müəllifi rəssam Orxan Qarayevdir.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.