Gürcüstanda tədris ili distant formada bərpa olunacaq - Uşaq bağçaları açılmayacaq
    • 31-08-2021, 13:23
    • 296

Gürcüstanda tədris ili distant formada bərpa olunacaq - Uşaq bağçaları açılmayacaq

Sentyabrın 15-dən oktyabrın 4-dək Gürcüstanda yeni dərs ili distant formada bərpa olunacaq.

News24.az xəbər verir ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında qəbul edilib.

Bildirilib ki, ali və peşə məktəblərində də bu qayda tətbiq olunacaq.

Həmçinin dövlət və özəl uşaq bağçalarının fəaliyyəti oktyabrın 4-dək bağlı qalacaq.