-
- 8-09-2020, 09:44
- 859
Çoxuşaqlı siniflər dərsə BU QAYDADA GEDƏCƏK - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.
Ancaq məlum qərarda siniflərin say limiti ilə bağlı məlumat tapmadığımızdan sorğumuzu Təhsil Nazirliyinə yönəltdik.
Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov News24.az-a açıqlamasında bildirib ki, tərkibində çox uşaq olan siniflər tam heyətlə tədris prosesinə qoşulmayacaq:
"Şagirdlər ayrı-ayrı qruplara bölünəcək. Günün bir hissəsində sinifin say tərkibinin yarısı, digər hissəsində isə yerdə qalan yarısı təhsil alacaq. Ancaq otaq və infrastruktur şəraiti imkan verirsə, eyni vaxtda da gedə bilərlər. Burada əsas məqam odur ki, təmas olmasın".