-
- 31-08-2021, 13:37
- 2 641
Ermənistanda kəskin bahalaşma davam edir
Ermənistanda ərzaq və digər malların kəskin bahalaşması davam edir.
News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə erməni iqtisadçı Suren Parsyan açıqlama edib. O bildirib ki, bu il görünməmiş qiymət artımı müşahidə edilir və bu, uzunmüddətlidir: "Bütün mallar - ərzaq, geyim, ev əşyaları, dəftərxana ləvazimatları bahalaşıb. Təkcə geyimlərdə 5,5 faiz bahalaşma qeydə alınıb".
İqtisadçı insanların gəlirinin artmadığını da vurğulayıb.