Avropa İttifaqı koronavirus peyvəndi ilə bağlı hədəfinə çatdı
    • 31-08-2021, 14:07
    • 448

Avropa İttifaqı koronavirus peyvəndi ilə bağlı hədəfinə çatdı

Avropa İttifaqı koronavirusa qarşı tam vaksinasiya hədəfinə çatıb.

News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen açıqlama edib.

O bildirib ki, yetkin əhalinin 70 faizi artıq vaksin olunub: "Amma biz irəliləməliyik, daha çox avropalı peyvənd olunmalıdır".

Leyen həmçinin Avropa İttifaqının tərəfdaş ölkələrə əhalini peyvənd etmək üçün yardım göstərmək niyyətində olduğunu da vurğulayıb.