Göygöl sakinini qətlə yetirən şəxs tutuldu
    • 2-09-2021, 10:00
    • 367

Göygöl sakinini qətlə yetirən şəxs tutuldu

Sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göygöl rayon prokurorluğundan News24.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.