"Türkiyə pul qarşılığında qaçqın qəbul etmir" - Çavuşoğludan Avropa İttifaqına
    • 3-09-2021, 13:17
    • 541

"Türkiyə pul qarşılığında qaçqın qəbul etmir" - Çavuşoğludan Avropa İttifaqına

Türkiyə Avropa İttifaqı ilə hər hansı bir miqrasiya razılaşması bağlamayıb.

News24.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Əfqanıstandan olan qaçqınları öz ərazisində yerləşdirəcəyi təqdirdə, Avropa İttifaqının Türkiyəni maliyyələşdirməyə hazır olmasına münasibət bildirərkən deyib: "Avropa İttifaqının "Pul veririk, əfqanları ölkədə saxlayırıq" anlayışı varsa, belə bir əməkdaşlıq ola bilməz".

Nazir həmçinin Türkiyənin Əfqanıstandan digər ölkələr vasitəsi ilə çıxarılan əfqanları yerləşdirə bilməyəcəyini açıqlayıb: "Əfqanlar hər hansı bir ölkə tərəfindən təxliyyə olunarsa, müəyyən bir müddət ölkəmizdə qala bilməzlər. Belə bir təklif gəlsə belə, əvvəldən qəbul etməyəcəyimizi söyləmişik".