Avropa Birliyinin qərarını gözləyirik - Türkiyə
    • 13-08-2018, 18:20
    • 998

Avropa Birliyinin qərarını gözləyirik - Türkiyə

Türkiyə bundan sonra da Avropa Birliyinə inteqrasiya kursunu davam etdirəcək.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə NATO üzvü kimi öz öhdəliklərini icra etməkdən çəkinməyəcək:

"Biz Avropa ölkələri kimi, Avropanın sahiblərindən biriyik. AB-nin viza rejimiylə bağlı qərarını gözləyirik. Avropada anti-müsəlman mövqeyi çox güclüdür. Bunun öhdəsindən gəlmək lazımdır.

Balkanlar, Mərkəzi Asiya, Yaxın Şərq bizim regionumuzdur. Türkiyə bundan sonra Rusiya, İran və Fars körfəzi ölkələri ilə də əlaqələrini gücləndirəcək”.