-
- 3-09-2021, 15:39
- 367
ETSN: "Ağacları zədələyən şəxs cəzalandırılıb"
Lənkəran rayonu, Zövlə kənd orta məktəbinin qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.
Bunu News24.az-a Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev bildirib.
O qeyd edib ki, mütəxəssislər tərəfindən əraziyə keçirilən baxış zamanı məktəbin qarşısındakı lüqustr ağaclarının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi, lakin bioloji inkişafdan dayanmadığı müəyyən edilib:
“Araşdırma zamanı ağacların vətəndaş Tələt Cabbarov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs 1800 manat məbləğində cərimələnib”.
Xidmət rəsmisinin sözlərinə görə, ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə məktəbin direktoruna məcburi göstəriş verilib.