-
- 3-09-2021, 16:42
- 783
Rövşən Əkbərovun oğlu ölkəni tərk etdi
21 il öncə Ukraynada iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Telman Əkbərov ölkəni tərk edib.
Bu barədə mərhum E.Əliyevin ailəsinin vəkili Elçin Sadıqov məlumat verib.
O, polis şöbəsi ilə əlaqə saxladığını, Telman Əkbərovun ona hücum etməsi faktı ilə bağlı şikayətinin araşdırılması ilə maraqlandığını deyib: “Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman Əkbərov 2 sentyabr 2021-ci il tarixdə ölkəni tərk edərək Türkiyəyə getdiyi üçün onun dindirilməsi hələ mümkün olmayıb”.
Xatırladaq ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən iclas zamanı Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona hücum edərək xəsarət yetirdiyini bildirib. /Qafqazinfo/