Elvin Elxan ilin maqazin jurnalisti seçildi
    • 4-07-2019, 19:26
    • 367

Elvin Elxan ilin maqazin jurnalisti seçildi

“Golden People Awards” milli mükafatlandırma mərasimi baş tutub. 

News24.az xəbər verir ki, nüfuzlu mükafat sayılıb seçilən incəsənət nümayəndələrin, iş adamlarına, media, tibb, idman, ictimai xadimlər, elm xadimləri, influencerlər müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunub.

Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçirilib. 

Tədbir saat 17:00-da başlayıb. İlk öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edib. Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simalar da iştirak edib. Layihənin təşkilatçıları Ləman Mirtalıblı və Aqil Məmiyevdir.

Yerli ulduzlardan Xalq artistləri Faiq Ağayev, Məleykə Əsədova, Flora Kərimova, Əməkdar Artist Suğra Bağırzadə, estrada ulduzlarından Günay İbrahimli, Nura Suri, Səmra Rəhimli, Samir Cavadzadə, Fərid Həsənov, Samir Priyev.

Aparacılardan Çinarə Əliyeva, Zümrüd Bədəlova, Çinar Əliyeva və başqaları mükafata layiq görülüb. 

Gecədə jurnalist Elvin Elxan ilin maqazin jurnalisti nominasiyası üzrə qalib olub.