Cəlilabadda 3 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - Video
    • 7-09-2021, 12:39
    • 391

Cəlilabadda 3 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - Video

Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 

Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və sonuncu idarə etdiyi “Vaz” markalı avtomobildə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, 1 ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir