Brilliant Dadaşova da koronavirusa yoluxdu
    • 7-09-2021, 15:03
    • 803

Brilliant Dadaşova da koronavirusa yoluxdu

Xalq artisti Brilliant Dadaşova koronovirusa yoluxub.

News24.az xəbər verir ki, bu haqda o sosial şəbəkədə məlumat verib. 

O bildirib ki, həkimlərin yazdığı reseptlə deyil, təbii yolla müalicə olunub: "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür, yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası, əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".