Ağadadaş Ağayevlə Brilliant Dadaşova bir-birinə sarıldılar - VİDEO
    • 3-08-2021, 12:41
    • 609

Ağadadaş Ağayevlə Brilliant Dadaşova bir-birinə sarıldılar - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar artist Nüşabə Ələsgərlinin qızının toyu olub.

News24.az bildirir ki, məclisdə bir sıra məşhur simalar olub. Səhnəmizin iki Xalq artisti Ağadadaş Ağayev və Brilliant Dadaşova da toyda üz üzə gəlib bir-birinə sarılıblar.

Brilliant Dadaşova bir müddət əvvəl Türkiyədə əməliyyat olunan Ağadadaş Ağayevi sağ-salamat ayaq üstə gördüyünə görə sevindiyini vurğulayıb: "Nə gözəl ki, sağ salamat bizlərə qovuşdun. Xalqımızın sevimlisi, gözəl sənətkar".