Meksikada 7,1 bal gücündə zəlzələ baş verdi -Video
    • 8-09-2021, 12:31
    • 380

Meksikada 7,1 bal gücündə zəlzələ baş verdi -Video

Meksikada 7,1 bal gücündə zəlzələ baş verib.

News24.az-ın Ria Novostiyə istinadla verdiyi xəbərə görə, zəlzələ Meksikanın Akapulko şəhərindən 11 kilometr cənub-şərqdə, on kilometr dərinlikdə meydana gəlib. Yerli seysmologiya mərkəzinin verdiyi məlumata görə, təkanlar 7.1 bal gücündə olub.

İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb. Ştatın qubernatoru Ektor Astudilyo bildirib ki, həmin şəxsin üzərinə dirək düşüb.

Mexiko meri isə qeyd edib ki, ölkənin böyük hissəsi - 1 milyon insan işıqsız qalıb.