Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak oldu
    • 8-09-2021, 14:03
    • 412

Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak oldu

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev təlimlər zamanı həlak olub.


News24.az RİA-ya istinadən xəbər verir ki, hadisə  Arktika zonasının fövqəladə hallarından qorunmaq üzrə idarələrarası təlimlərdə baş verib.


Ziniçev yeni yanğınsöndürmə stansiyasının tikintisinin gedişatını yoxlamaq üçün qubernator Aleksandr Uss ilə birlikdə Dudinkaya gəlib.


Təlim zamanı operator sürüşərək suya düşüb. Həmin şəxsi xilas etmək istəyən Ziniçev onun ardınca suya tullanıb. Bu zaman daşa çırpılaraq dünyasını dəyişib.