Rusiya minatəmizləyənləri Azərbaycana gəldi
    • 4-01-2021, 15:02
    • 453

Rusiya minatəmizləyənləri Azərbaycana gəldi

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 minatəmizləyən işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gəlib.
 
News24.az
Modern.az-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Nümayəndəsi Yevgeni Borisov deyib.

Onun sözlərinə görə, Rusiya FHN-in 20 minatəmizləyəni daşıyan İl-76 təyyarəsi Gəncəyə eniş edib, hazırda yüklərin boşaldılması yekunlaşıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 pirotexniki humanitar missiya çərçivəsində Ağdam rayonunda minaların təmizləmə işini həyata keçirəcək.