Sahibə Qafarovadan Ermənistan spikerinin iddialarına CAVAB
    • 8-09-2021, 18:35
    • 397

Sahibə Qafarovadan Ermənistan spikerinin iddialarına CAVAB

Sentyabrın 8-də Milli Məclisin sədri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az -a daxil olan məlumata görə, spiker Ermənistan spikerinin səsləndirdiyi əsassız iddialara cavab verərək, deyib ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli bəyanatların tələblərini yerinə yetirməlidir.

S. Qafarova bildirib ki, həmçinin vurğulayıb ki, müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərinin birləşdirilməsi beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox asılıdır: "Parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyəti bu kontekstdə xüsusilə vurğulanmalıdır".