Ələt-Astara-İranla dövlət sərhədi yolunda turniketlər quraşdırılacaq
    • 16-11-2018, 19:15
    • 930

Ələt-Astara-İranla dövlət sərhədi yolunda turniketlər quraşdırılacaq

"Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu gələn ildən ödənişli ola bilər".

Bunu Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O, yollarda ödəniş üçün turniketlərin sifariş verildiyini də bildirib: "Avtomobil yolu artıq istifadəyə verilib, ödəniş üçün turniketlər Cənubi Koreyadan sifariş olunub. Artıq yaxın günlərdə həmin turniketlər gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq".

//Report