Bu il Bakıda iki yeni avtomobil yolu istifadəyə veriləcək
    • 16-11-2018, 17:55
    • 884

Bu il Bakıda iki yeni avtomobil yolu istifadəyə veriləcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu il Bakıda yeni tikilmiş iki avtomobil yolunu istifadəyə verəcək.

Bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, bunlardan biri Bakının Yasamal rayonunda "Qanlı göl" adlanan ərazidə inşa olunmuş "sosial ev"lərin yanından keçən, Bakı Dairəvi Yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirən yol, digər isə paytaxtın Ziya Bünyadov prospektini Böyük Şor gölü ərazisindən keçməklə Balaxanı-Novxanı avtomobil yolu ilə birləşdirən yoldur: "Bu il hər iki yol qovşağı istifadəyə veriləcək". 

//Report