Baş Prokuroluq: "Azadinfo.az" saytının rəhbəri saxlanıldı
    • 10-09-2021, 10:29
    • 477

Baş Prokuroluq: "Azadinfo.az" saytının rəhbəri saxlanıldı

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, o, hədə qorxu ilə tələb etməkdə təqsirləndirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən saytımıza faktı təstiqləyiblər.

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.