Elnar bağçada uşağı döyən müəlliməni MÜDAFİƏ ETDİ - "Bizi anamız vurmayıb?" - FOTO / VİDEO
    • 10-09-2021, 10:47
    • 798

Elnar bağçada uşağı döyən müəlliməni MÜDAFİƏ ETDİ - "Bizi anamız vurmayıb?" - FOTO / VİDEO

Bakıda 2 saylı uşaq evində çəkilən video etirazla qarşılanıb.

News24.az xəbər verir ki, videoda tərbiyəçinin uşağı döydüyü əks olunub.

“Öz üsulu” ilə azyaşlını tənbeh edən tərbiyəçi kameraya çəkildiyini görəndə isə uşağa saxta nəvaziş göstərib.

Yayılan bu video hər kəsdə qəzəb yaratsa da, görüntülərə əsəb keçirmədən baxmaq mümkün olmasa da, müğənni Elnar Xəlilov bu hadisəni adı bir hal kimi qarşılayıb.

Tərbiyəçini müdafiə edən müğənni özünün də uşaq evində işlədiyini və uşaqların bu “qayğıya” ehtiyac duyduqlarını bildirib.

Güman ki, tanınmış müğənni bir zamanlar uşaq evində çalışan Elnar Xəlilov da uşaqlara eyni “qayğı” ilə yaxınlaşırmış. /Yeniçağ/

Görüntüləri təqdim edirik: