-
- 16-11-2018, 18:18
- 1 224
"Toppuş bacı" işlərinə qayıtdı: "Həyat davam edir"
Əməkdar artist Tünzalə Əliyeva yenidən xına məclislərinə aparıcı kimi getməyə başlayıb.
Aktrisa bu haqda özü xəbər verib. O bildirib ki, işinin başına geri qayıdıb: "Rəbbim bütün ölənlərə rəhmət eləsin, həyat davam edir. İndi işimin başındayam, xınalarınızın gözəl keçməsi üçün bizə müraciət edin".
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ay əvvəl xərçəngdən əziyyət çəkdiyini, ayağından əməliyyat olduğunu və iş qabiliyyətini itirdiyini söyləmişdi. "Bizimləsən" verilişinə gedən aktrisa evinin ipoteka kreditini ödəyə bilmədiyini söyləyib, yardım istəmişdi. Sənət adamları və izləyicilər Tünzalə üçün lazım olan 60 min manatı toplayıb verib. Bir müddət sonra isə aktrisanın anası dünyasını dəyişib. T.Əliyeva proqramda xəstəliyindən istifadə edərək ipoteka krediti üçün pul yığdığına görə qınanılıb.
//axsam.az