Аzərbaycan əhalisinin sayı açıqlanıb
    • 17-11-2018, 10:37
    • 1 198

Аzərbaycan əhalisinin sayı açıqlanıb

Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 959 245 nəfərə çatıb.

News24.az xəbər verir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.