TƏBİB sədrinin səlahiyyətlərini o icra edəcək
    • 13-09-2021, 12:13
    • 609

TƏBİB sədrinin səlahiyyətlərini o icra edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

Bu barədə News24.az-a Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, o, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.