"Fukusima" AES-də filtrlər zədələndi - Radioaktiv suyun sızma ehtimalı var
    • 14-09-2021, 09:29
    • 392

"Fukusima" AES-də filtrlər zədələndi - Radioaktiv suyun sızma ehtimalı var

"Fukusima-1" Atom Elektrik Stansiyasının radioaktiv su təmizləmə sistemindəki demək olar ki bütün filtrlər zədələnib.

News24.az
xəbər verir ki, bu, yalnız genişmiqyaslı yoxlama zamanı məlum olub. 

Mütəxəssislər, 2021-ci ilin avqust ayının sonunda ALPS sistemindən radioaktiv suyun sızmasının qarşısını alan filtrlərdən birinin zədələndiyini aşkar ediblər. Bu zaman məlum olub ki, hazırda 25 filtrdən yalnız biri zədələnməyib.

Şirkət ərazidə radioaktiv su sızıntısını qeydə almasa da, bildirib ki, bu ehtimalı istisna etmək olmaz.