Bakıda fərqli kitab satışı keçiriləcək
    • 14-09-2021, 12:52
    • 548

Bakıda fərqli kitab satışı keçiriləcək

"Qanun" Nəşrlər Evi 1-10 oktyabr tarixlərində Milli Kitab Sərgisi keçirəcək


News24.az xəbər verir ki, bu haqda Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.

Bildirib ki, sərgidə yalnız nəşriyyatlar yox, kitabçılar, kitab kollektorları, bukinistlər də iştirak edəcəklər: "Sizi Milli Kitab Satış Sərgisinə dəvət edirəm.

Əlii mindən çox kitab, 30% dən başlayan endirimlər, yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı,  müsiqili proqramlarla yenidən sizinləyik.


Bu sərgidə şəxsi kitab rəflərində artıq görünən kitabların da ikinci əl satışı olacaq. Musiqiçilər öz CD- lərini, rəssamlar rəsmlərini sata biləcəklər.

 Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı qızğın müzakirə panellərinə qatılın. Bu, fərqli bir sərgidir. Bu, qalib Azərbaycanın Zəfər sərgisidir! Yazarlar, oxucular,  satıcılar və alıcılar üçün Milli Kitab Satış Sərgisi!"