-
- 15-09-2021, 12:26
- 3 087
Fərhad Bədəlbəyli: “Diz çöküb dedim: “Bağışla, amma biz qayıtdıq” – MÜSAHİBƏ – FOTO – VİDEO
Onunla hər görüşümüzdə Şuşa həsrətindən danışardıq. 30 il Şuşasız olduğumuz müddətdə bir söhbətində belə Şuşanı xatırlamaması, Cıdır düzündəki xatirələrindən danışmaması faktına rast gəlməmişəm. “Şuşasız Azərbaycan şikəst qalacaq” cümləsinin də müəllifi məhz Odur. Fərhad müəllimi tanıyandan onunla sözün bütün mənalarında ŞUŞALI kimi ilk dəfə görüşdüm. Yerişi də, oturuşu da, baxışları da dəyişmişdi. Uzun illər müşahidə etdiyim kimsəsizlik, yurdsuzluq, həsrət dolu kədərli baxışlar yenilməz dağ, fəth edilməyəcək zirvə kimi uca baxışlarla əvəzlənmişdi... İstənilən cümlənin fövqündə dayanan Qalibiyyəti qazanmış Odlar Yurdunun Şuşalı Fərhad Bədəlbəyli ilə üzbəüz əyləşmişdim.
“Mən bir daha Şuşanı görəcəyəmmi?”sualına cavab tapmışdı artıq. O, Şuşanı gördü və görür! O, Cıdır düzündə çıxış etdi və edəcək! O, Şuşa qalasında diz çökərək “Biz qayıtdıq Şuşa, bizi bağışla” dedi...
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli ilə 18 sentyabr – Milli Musiqi Günü ərəfəsində söhbətləşdik. Fərhad Bədəlbəylinin News24.az-a müsahibəsini təqdim edirik. Və ilk dəfə O qürur və təbəssümlə söhbətə özü giriş verir:
- Üzeyir bəyin ocağına xoş gəlmisiniz!
- Təşəkkür edirəm, Fərhad müəllim. Elə söhbətimizə də Üzeyir bəyin adıyla başlamaq istəyirəm. Üzeyir Hacıbəylinin doğum günündə Azərbaycanda artıq illərdir qeyd olunan Milli Musiqi Günümüzə - 18 sentyabra sayılı günlər qalır. Çox güman ki, 30 ildən sonra bu mötəbər gün Şuşamızda, Üzeyir bəyin yurdunda keçiriləcək...
- Biz hər il 18 sentyabrda ənənəvi olaraq Üzeyir bəyin məzarını ziyarət edirik. Daha sonra heykəlinin önündə, açıq havada konsert veririk. Əlbəttə, sən də şahidsən ki, bu illər ərzində hər çıxışımda bu cümləni demişəm: “O gün olsun, Musiqi gününü Şuşada qeyd edək”. Amma sentyabrın 18-də Şuşada hava tamam başqa olacaq. Ora Bakı deyil və payız aylarında orda çox sərt soyuqlar olur. Xatırlayıram, bir dəfə maestro Niyazi ilə açıq havada Cıdır düzündə konsert verirdik. Sakit gün idi, qəflətən hava dəyişdi və elə yağış yağdı ki... Musiqiçilər tez alətlərini qucaqladılar ki, içərisinə su dolmasın. Bu dəfə də sentyabrın 18-i üçün hava proqnozunu yağışlı dedilər. Bu üzdən həmin günü Şuşada qeyd edə bilməyəcəyik. Amma bu gün Üzeyir Hacıbəyli adına Simfonik Orkestirimiz, xor kapellamız Şuşaya gedir. Orda, Cıdır düzündə çəkiliş olacaq və həmin çəkiliş ayın 18-də yayımlanacaq. Gələn il hava əlverişli olsa, Musiqi gününü orada qeyd edərik. Bilirsiniz, əslində biz Üzeyir bəyə öz borcumuzu “Xarıbülbül” festivalında möhtəşəm “Koroğlu” üvertürasını səsləndirməklə verdik. Həmin günü o səslər Xankəndiyə qədər yayılırdı. Düşmən onu eşidirdi və mən təsəvvür edirəm onlar o anda hansı hissləri keçiriblər.
Ümumiyyətlə, yalnız sentyabrın 18-i yox, hər gün Üzeyir bəyin günüdür. Onun adını yada salmadığımız, məqalələrindən istifadə etmədiyimiz, əsərlərini ifa etmədiyimiz gün yoxdur.
Yadımdadır, 1995-ci ildə Sarayda Üzeyir bəyin 110 illiyini qeyd edirdik və ulu öndər Heydər Əliyev onun haqqında elə bir möhtəşəm nitq söylədi ki, o nitqi orada iştirak edənlərdən heç kim unuda bilməz. Bu, tarixi bir çıxış idi. Həmin çıxış bizim bəzi musiqişünaslara da dərs idi. Mənim üçün o, müqəddəs insandır. Həm də babamın xalası oğludur. Heyif ki, mən musiqi ilə bağlı olan sonuncu Bədəlbəyliyəm...
- Çox təəssüf... O zaman Siz Bədəlbəy nəslinin sonuncu mogikanı hesab edilirsiniz...
- Axı, hamı musiqi ilə bağlı olmamalıdır, ola da bilməz. Bizə mühəndis də, həkim də, jurnalist də lazımdır. Amma hər halda mən musiqi sahəsində sonuncuyam. Məndən əvvəl İsmayıl Hacıbəyov getdi, mən də nə zamansa gedəcəyəm...
- Allah Sizə can sağlığı versin, əslində yaşınızdan çox gənc görünürsüz...
- (Təbəssümlə oxuyur – Ü.Q) Mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana... Üzeyir bəy bu əsəri 50 yaşında olanda yazıb, indisə 50 yaş cavan oğlan olmaqdır. Əlbəttə, artıq dövr və zaman çox dəyişib.
- Uşaqlığınız, gəncliyiniz Şuşada keçib və Siz torpaqlarımızın işğalı dönəmində Şuşaya gedən azsaylı ziyalılarımızdan idiniz. İşğaldan azad olunduqdan sonra ilk dəfə Şuşaya getdiyiniz zaman hansı hissləri keçirdiniz?
- İşğaldan sonra Şuşaya ilk dəfə yanvar ayında Poladla (Bülbüloğlu-red.) getdik. Özü də çox gözəl bir gün idi, həm günəş çıxmışdı, həm də qar yağırdı. Sadəcə, möcüzə idi. Ayağım ağrayırdı, amma Şuşada bütün ağrılarımı unutdum. Uşaq kimi ora-bura qaçırdım. Əsgərlərlə birgə oturub çörək yedik. Şuşa bu illər ərzində yuxuma çox girmişdi. Bir dəfə yuxuda gördüm ki, qarın içində diz üstə çöküb Şuşadan üzr istəyirəm. Deyirəm, bizi bağışla Şuşa, səni qoruya bilmədik... Düz deyirlər, yuxuları tərsinə yozarlar.
74 yaşım var və məndən soruşsanız ki, ən xoşbəxt gününüz hansıdır? Deyərdim, Şuşaya getdiyim gün. Yadımdadır, 1982-ci ildə atamla Vaqifin məqbərəsinin açılışına Şuşaya gedəndə də qar yağırdı. Həmin gün də Şuşa qara bürünmüşdü, elə bil, nağıllar aləmindəydik. Polada dedim, mən yuxuda gördüyümü gerçəkləşdirəcəyəm, diz çöküb üzr istəyəcəyəm. Dedi, eləmə, əsgərlər elə biləcək özünü pis hiss edirsən. Dedim, yox, bunu edəcəyəm. Orada bir əsgər var idi, ortaboylu, arıq. Yaxınlaşıb soruşdum ki, “sən Şuşada vuruşurdun?” Bu igid, aslan kimi oğlan üzümə yazıq-yazıq baxıb dedi: “bəli, müəllim”. Dedim, mənə təəccüblənmə. Dizlərimi qoydum Şuşa torpağına və diz üstdə “Şuşa bizi bağışla, amma biz qayıtdıq” dedim. İşğalda qalan illər üçün Şuşadan özüm və xalqım adına üzr istədim. Məni diz üstə görən əsgər dedi, “sizə nə olub? Özünüzü pis hiss edirsiniz?” Mən də ona qayıtdım ki, səni böyüdən anaya deyərsən, belə cəsur oğul yetişdirdiyi üçün əllərindən öpürəm. Həmin gün həyatımın ən xoşbəxt günü idi. O qədər nüfuzlu konsertlər, fəaliyyətim, ordenlər, fəxri adlar, mükafatlar... İnanın mənə, hamısı boş şeydir. O gün ömrümün ən qiymətli və əziz günü olaraq qalacaq. Əlbəttə, hamımız Şuşaya gedəcəyik. Amma məhz həmin günü, o anı heç zaman unutmayacağam. Mənim əsgərim avtomatla dayanıb, mən diz üstə, qar və günəş...
- Və Şuşa Qalası...
- Bəli, bir də Şuşa Qalası... Bunu edəndən sonra ürəyim rahat oldu. Sanki mən yenidən o yaşıma qayıtdım.
Cıdır düzündə olanda qayalara baxıb fikirləşirdim ki, əsgərlərimiz oranı necə çıxıblar?! Avtomat, minomyot altında o dağları necə qalxıblar? Bunu Allahdan gələn bir qüvvə ilə ediblər. Əsgərlərimiz əfsanəvi qəhrəmanlıq göstəriblər. Onların qarşısında baş əyirəm.
- Çox uzaq tarix deyil, 2019-cu ilin sentyabr ayında görüşüb söhbətləşmişdik. Həmin müsahibədəki bir cümləniz hələ də xatirimdədir: “Şuşasız Azərbaycan şikəst qalacaq”. Artıq Azərbaycanımız şikəst deyil, olmayacaq...
- Bəli, qalmadı və heç zaman şikəst olmayacaq. Bu, bizim birinci qələbəmiz və Zəfər tariximizdir. Bəlkə də biz hələ də nə baş verdiyini anlamırıq. 100 il keçəcək, şagirdlər, tələbələr bunu qeyd edəcəklər – bəlkə də Zəngəzurda, İrəvanda. Amma bu, tarixdir. Biz sizinlə xoşbəxtik ki, bu tarixi yaşayırıq.
- Siz həmin müsahibədə Şuşa işğaldan azad olunduqdan sonra orada musiqi məktəbi açacağınızı və bunun üçün müəyyən vəsaitinizin olduğunu da bildirmişdiniz.
- Vəsait hələ toplanır (gülür). Düzdür, bəzi şəxslər söz vermişdilər, amma sözlərinin üstündə dayanmadılar. Mən istəməzdim hər şeyi dövlət eləsin. Biz elə deyirik, hər şeyi hökumət eləsin, bəs ictimaiyyət? O qədər imkanlı insanlar var. Nə qədər brilliant, nə qədər 500 minə "Mazeratti" alacaqsız? 500 minə məktəb tikmək olar. Tik, ora öz adını ver, lap ananın, babanın adını ver. Qoy qalsın, axı, qalan budur. "Mazeratti" bir ildən sonra dəmir olur. Bir qəpik də olsa, dəyəri qalmır. Amma xəstəxana, məktəb, uşaq bağçası qalır. Ona görə istəyirdim bunu bizim ictimaiyyətimiz daha dərin dərk eləsin. Mən Norveçdə olanda böyük milyarderləri gördüm. Onlar necə sadə geyinirlər, sadə avtomobillərdə gəzirlər... Mən onların yanında qalstukda, kostyumda utanırdım. Orda bütün pullar ilk növbədə təhsilə, idmana, mədəniyyətə, səhiyyəyə xərclənir. Məncə, cəmiyyət yavaş-yavaş buna hazır olmalıdır. İctimaiyyət, iş adamları gələcəyimiz üçün daha yararlı işlərə pul yatırmalıdırlar. Çox istərdim ki, Şuşada elitar musiqi məktəbi mütləq olsun. Biz Poladla bu haqda çox fikirləşirdik, ümidvaram ki, buna nail olacağıq. Belə düşünürəm, bunun düzgün formasını tapmalıyıq. Mən Şuşada may, iyun, iyul aylarında ustad dərsləri, festivallar, müsabiqələri görürəm. Musiqiçilər yığışıb bütün yayı orda keçirirlər. Yeni əsərlər yaranır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən ədəbiyyat haqqında çıxışlar edirlər, gənc ədiblərə ustad dərsləri verirlər. Məsələn, muğam müsabiqəsi niyə Bakıda keçirilsin? Bu tədbir mütləq Şuşada olmalıdır. Bütün musiqiylə bağlı olan tədbirlər, konsertlər, teatr tamaşaları Şuşada nümayiş etdirilsin. Mən “Leyli və Məcnun”u orada təsəvvür edirəm. Belə olsa, heç nə eləməyə ehtiyac qalmayacaq. Şuşada məktəb olmuşdu ki? Yox. Şuşanın ab-havası, suyu özü məktəbdir, teatrdır, səhnədir, konsert salonudur. Ondan istifadə eləmək lazımdır və çox şadam ki, prezidentin xüsusi nümayəndəsi Aydın müəllim bu məsələlərə çox həssas yanaşır. O, son dərəcə mədəni, müasir və ağıllı insandır. Şuşanı göz bəbəyi kimi qoruyur. Orda olanda ona dedim ki, Şuşada bizə ev verəcəksinizmi? Dedi, yox, heç kimə bir kvadrat metr də verməyəcəyik. Əvvəlcə mədəni ocaqları bərpa edək, sonra da evləri. Axı şuşalılar da qayıtmalıdırlar... İlk növbədə Şuşa sakinlərinə ev vermək lazımdır. Bizə qalsa qonaq kimi gedərik, ustad dərslərində, konsertlərdə, festivallarda iştirak edərik. Şuşa muzey kimi, tarixi şəhər kimi yaşamalıdır. Həm də onu elə bərpa etməliyik ki... Mən baxdım Polad əla təmir elətdirib. Çox zövqlə. Müasirlik orada heç hiss olunmur. Şuşada böyük binaların olmasını istəməzdim. Bu məni çox narahat edir. Çünki Sovet dönəmində tikilən “xuruşovka”lar Şuşanın simasını dəyişib. Çox standart, zövqsüz binalarla şəhərin görkəmini korlayıblar. Amma deyirlər, həmin “xuruşovka”ları iki mərtəbəli gözəl, Şuşanın əvvəlki üslubunda evlərlə əvəzləyəcəklər. Mən Mehmandarovun evində oldum, gördüm, çox gözəl bərpa edirlər. Ustalar hər daşına fikir verirlər. Anlayırlar ki, burada hər bir daşın qiyməti var. İtaliyada bir daşı dəyişmək üçün min arayış yazılır. Yerli əhalidən, memardan soruşulur və sonunda dəyişməkdən vaz keçirlər, yəni tarixiliyi qorunub saxlanılır. Əsas üslub dəyişməsin. Şuşa da belə olmalıdır, tarixiliyi, üslubu dəyişməməlidir.
- Yeri gəlmişkən, Şuşadakı ata ocağınız qalırmı?
- Yox, onun ordakı evini çoxdan yandırıb dağıdıblar. Ulu babam Bəhmən Mirzə Qacarın evini də yandırıblar, çox heyif ki, yerində heç nə qalmayıb... Mənim evim oldu-olmadı, fərqi yoxdur. Şuşanın hər kvadrat metri mənə əzizdir, doğmadır, oranın hər yeri mənim evimdir.
- O zaman bundan sonra Şuşada yaşamaq istəmirsiniz?
- Əlbəttə istərdim. Süleyman əmi yaxşı edirdi, iyunda gedib sentyabrda qayıdırdı. Allah rəhmət eləsin, o Şuşanın bu gününü görmədi, yaralı, yana-yana getdi. Vasif Adıgözəlov da eləcə... Mən “Xarıbülbül" festivalında Cıdır düzündə ifa edəndə onları xatırlayıb düşünürdüm ki, indi sizin ruhunuz bizimlədir, burdadır.
- Hətta çıxışınız o qədər möhtəşəm idi ki, ekran qarşısında məni də qəhər boğdu...
- Əlbəttə... Mən də o çıxışımda kövrəlmişdim. Artıq gözümüzün yaşından utanmalı deyilik. 2007-ci ildə gözümün yaşı tamam fərqli hisslərlə axırdı, o zaman Şuşasız idik. Amma bu dəfə Zəfər, sevinc göz yaşlarıydı. Utanmırdım, gizlətmirdim. Şuşadakı o kövrəlmək də gözəl idi... Mənim bir dostum var, Qalib, o Avstriyada səfir idi, indi Cenevrəyə keçib. Onunla danışırdım, dedi, Fərhad müəllim, siz bilmirsiniz burda vəziyyət necə dəyişib, bir görəsiz bütün diplomatlar noyabra qədər bizimlə necə danışırdılar, indi bizimlə necə necə rəftar edirlər. Amerikalılar, ingilislər, fransızlar, indi bizimlə çox böyük hörmətlə danışırlar. İndi gürcülərlə, ukraynalılarla heç belə danışmırlar, çünki onlar buna nail ola bilmədilər. Biz qalibik və öz torpaqlarımızı mənfur düşməndən azad etdik. Mən indi Yerevana, Xankədinə də gedərdim. Niyə axı biz çəkinirik, çox nahaq yerə. Lap musiqi məktəblərinə girib soruşaram da sizdə vəziyyət necədir, bir baxaq. Çünki ora bizim şəhərimizdir. Düzdür, hələ ora girməmişik, amma girməliyik, girəcəyik. Qoy, onlar dərk etsinlər ki, bunun sonu yoxdur, anlasınlar ki, artıq müharibə qurtarıb.
Müəllif: Ülkər QASIMOVA
FOTO/VİDEO: Nicat NİFTƏLİYEV
Müsahibənin II hissəsi sabah yayımlanacaq.