-
- 17-11-2018, 13:49
- 2 608
Gənc qızı təhqir edən Elza Seyidcahan mərhum İlhamə Quliyevanın BAXIŞ NÖQTƏSİNDƏN... - VİDEO
Əksər şou nümayəndələri efirin mədəniyyət ocağı olduğunu unudurlar.
Efirə çıxan kimi mədəniyyətdən çox mədəniyyətsizlik nümayiş etdirirlər. Bir-birinə söz atmaq, təhqir etmək, özünü səviyyəsiz aparmaq və s. Tamaşaçılar bu acınacaqlı halının dəfələrlə şahidi olublar. Belə bir hal dünən ATV kanalında yayımlanan "Azərbaycanın səsi" proqramında yaşanıb. Müsabiqədə jüri kürsüsündə əyləşən bəstəkar-müğənni Elza Seyidcahan özündə cəsarət taparaq, xanım iştirakçılardan birini qınamağa başlayıb.
Həmişə oxumağından çox qeyri-standart geyim tərzi və mərhum sənətkar İlhamə xanım Quliyeva demişkən, tərbiyəsiz "şeirləri" ilə gündəm olan Seyidcahan müsabiqənin digər jürisi professional musiqiçi Asif Kərimovun qrupunda yer alan iştirakçı Gülnar Soltanovaya canlı efirdə olmazın sözlərini deyib. İştirakçını təhqir etməkdən çəkinməyən əməkdar artis özünə yaraşmayan ifadələrlə fikirlərini qeyri-peşəkarcasına belə ifadə edib: "Elə bil ki, sementlə qum qarışdırmaqdan gəlmisən... Zabor (hasar) tikib, sementlə qumu qarışdırmısan, lopatkanı yerə qoyub, ordan bura gəlib mikrafonu götürmüsən ki, mən mahnı oxuyuram... Bu saçla gəlmisən, elə bil saçını yumamısan. Müğənni səhnəyə belə çıxar? Köynək, o ayaqqabı, o şalvar - o nədi bu səhnəyə belə çıxmısan?"... Elza Seyidcahan daha sonra iştirakçını daha da alçaltmağa cəhd göstərib. Deyib ki, bu qız bundan sonra nə oxusa, mənim yadımda sementlə qum qarışdıran kimi qalacaq... Seyidcahanın yersiz çıxışına Asif Kərimov biganə qala bilməyib. O jüri həmkarına "Siz bayaq dediz ki, çox tamaşaçı deyir, Elza xanım, biz yeməyi saxlayıb, sizin geyiminizə baxırıq. Mən istəyərdim ki, onlar sizin oxumağınıza baxsınlar, geyiminizə yox!" - deyərək, ironiya dolu layiqli cavabını verib. A. Kərimovun Seyidcahana ünvanladığı bu ifadələr studiyada olan hər kəs tərəfindən gülüş və alqışlarla qarşılanıb. Hətta xalq artisti Nazpəri Dostəliyevanın da sanki ürəyindən tikan çıxırmış kimi, Seyidcahana ünvanlanan layiqli cavaba reaksiyası eyni olub...
Müğənniliyə başlayandan camaat tərəfindən sevilməkdən çox tənqid olunub, ələ salınan Elza Seyidcahanın məlum çıxışı efirdən izləyən tamaşaçılarda ikrah hissi yaradıb. İnsanlar onu sənətə yeni addım atmağa cəhd edən gənc bir qızı canlı yayımda sərt şəkildə təhqir etməsinə, sındırmağa cəhd göstərməsinə görə qınayıblar. Hətta ünvanına ağır ifadələr işlədənlər də olub...
Dövlət başçısı tərəfindən Əməkdar artist kimi fəxri adı daşıyan birsinin efirdə belə bir ədəbsizlik etməsi - üstəlik də özü xanım ola ola başqa bir xanımı əskiltməsi çox acınacaqlıdır. Bu məqamda xalq artisti İlhamə Quliyevanın Elza Seyidcahan haqda dediyi tənqidi ifadələr yada düşür... Xatırlayanlar bilir İlhamə Quliyeva onu xalqın yaddaşına necə həkk etmişdi (təqdim etdiyimiz videonu izlədikcə xatırlayacaqsız - A.N)...
Və... Seyidcahanın dünənki ifart çıxışını gördükdən sonra adamın İlhamə xanıma sonsuzadək "Allah rəhmət eləsin!" deməyi gəlir!
P.S. İlhamə Quliyevanın sağlığında quzu olan oxuyanların çoxu sənətkar rəhmətə getdikdən sonra nədənsə şir pozisiyası tutmağa çalışırlar...
Azər NƏSİBOV