"Xalq düşmənı", "Qorxaq" - Paşinyana ad verildi
    • 16-09-2021, 14:24
    • 629

"Xalq düşmənı", "Qorxaq" - Paşinyana ad verildi

Ermənilər ölkələrinin Baş naziri Nikol Paşinyana "Xalq düşməni", "Qorxaq" adını veriblər. 

News24.az xəbər verir ki, "Telegram"ın erməni segmentində "Nikol Paşinyan sizin üçün kimdir?" adlı sorğu keçirilib. 

Sorğuda iştirak edənlərin 43 faizi Nikol Paşinyanı "Xalq düşməni", 13 faizi isə "qorxaq" adlandırıblar. 

Yalnız 28 faiz əhali Paşinyanı "xilaskar" hesab edib. Daha az, yəni 14 faiz sosial şəbəkə istifadəçisi Baş naziri "qurban" kimi görüb.