Abşeronda üç maşın toqquşdu, maşınlardan biri YANDI
    • 19-09-2021, 09:02
    • 293

Abşeronda üç maşın toqquşdu, maşınlardan biri YANDI

Abşeron rayonunda “Chevrolet”, “ВАЗ” və “Daewoo” markalı üç minik avtomobili toqquşub.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.