-
- 17-11-2018, 16:10
- 1 168
Nazir: "9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək"
"9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək".
Bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 2018-ci ilin dövlət büdcəsindən birdəfəlik ödəmə üçün 58milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb: "Bugünədək 224 şəhid hərbi qulluqçunun 300 vərəsəsinə birdəfəlik ödəmə edilməsi üçün qərar verilib".
Nazir qeyd edib ki, gələn həftə 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmələrin verilməsi üçün qərar qəbul edilməsi nəzərdə tutulur: "Dekabr ayının sonuna kimi 1 000-dək şəhid vərəsəsinə ödəniş olunması nəzərdə tutulur. 2019-cu ilin sonunadək birdəfəlik ödəmələrin verilməsi prosesi bitməlidir".
//Report