“İşıqlı Azərbaycan Fotolarda” adlı foto müsabiqə keçirilir
    • 20-09-2021, 16:24
    • 991

“İşıqlı Azərbaycan Fotolarda” adlı foto müsabiqə keçirilir

Energetiklər günü münasibətilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Gilavar” Foto Klubu ilə birgə “İşıqlı Azərbaycan Fotolarda” adlı foto müsabiqə keçirir. 

News24.az xəbər verir ki, müsabiqənin keçirilməsinin əsas məqsədi həvəskar və peşəkar fotoqrafların baxışlarında Azərbaycanın müxtəlif məkanlarının inkişafını işıq mövzusu əsasında təqdim etmək, elektrik işıqları ilə bağlı olan yaradıcı fotoların çəkilməsinə təkan verməkdir. Hər şəhər və rayonumuzun öz gözəlliyini işıq mövzusu altında çəkmək və bu gözəllikləri insanlarımıza tanıtmaqdır. 

Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Azərişıq” ASC-nin nümayəndəsinin iştirakı ilə “Gilavar” Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləti beynəlxalq foto təşkilatlarının qayda və prinsipləri uyğun şəkildə təşkil olunur.

Fotolar “İşıqlı Azərbaycan Fotolarda müsabiqəsi” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Nəticələrin elan olunması və qaliblərin mükafatlandırılması “Azərişıq” ASC-nin rəsmi saytında və sosial şəbəkədəki hesablarında, kütləvi informasiya vasitələrində elan oluancaq.

Yarışmaya fotoların göndərilməsi üçün son tarix 10 oktyabr 2021-ci ildir. Yarışma haqqında və şərtlər barədə ətraflı məlumatı http://gilavar.net/fotolarda.pdf saytından əldə etmək mümkündür.