Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yaydı
    • 20-09-2021, 17:48
    • 384

Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yaydı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, məlumatda 18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarıldığı bildirilib.