-
- 21-09-2021, 18:54
- 2 911
Şəhid əsgərdən yadigar qalan Xarıbülbülün nisgilli hekayəsi - VİDEOREPORTAJ
Şuşalılarla birgə Şuşaya yol alırıq. Gecənin alaqaranlığıdır. Yol yoldaşlarımı hələ tam tanıya bilmirəm. Amma bilirəm ki, avtobusda 29 il bundan əvvəl güllələr altında bu müqəddəs torpağı tərk edən insanlardır.
Hava işıqlaşdıqca onları daha yaxından tanımağa çalışıram. Onlardan biri - Təranə Tağıyevanın bir neçə dəfə çantasından nəyisə çıxardığını, ona baxıb köks ötürdüyünü, daha sonra gözlərindən sakitcə axan yaşları müşahidə edirəm.
O gah yola, gah da kağızın arasında büküb saxladığına baxıb ağlayır. Həmin an ona toxunmuram, çünki içində qubar bağlayan çox böyük həsrəti üzündəki ifadədən, uzun-uzadı sükutundan, pəncərədən Şuşaya gedən yola baxarkən gözündən axan damcılardan duyuram.
Şuşada, Cıdır düzündəyik. Şuşalı xanım avtobusda yol boyu dəfələrlə baxıb ağladığı o kağızın arasında gizlədiyini çıxarır və Şuşa torpağının üstünə qoyur. Yaxın gəlib baxıram, 29 illik işğal dövrünün sarılığını özünə çəkmiş Şuşanın simvolu hesab edilən Xarılbülbüldür.
Onunla News24.az-ın oxucuları üçün həmsöhbət olduq: "Şuşadanam, sonradan ailə qurub, Bakıya köçdüm, amma hər yay babamın ordakı evinə gedirdim. Hər zaman gedəndə orada atamla dağlara çıxırdıq, Cıdır Düzündə cürbəcür güllər bitirdi, amma xarıbülbül dağ gülüdür. 1991-ci ildə qardaşımla ora getdik, Yalçınla. Qardaşım sonra Xocalıda şəhid oldu, Əsədov Yalçın. O, hər Şuşaya gələndə mənə güllər yığırdı. O səfərimizdə də mənə xarıbülbül verdi, mən də ona qayıtdım ki, bu gülü qurudub saxlayacam. O da gülüb dedi ki, onsuz da hər il Şuşaya gəlib görürük, qurutmaq nəyə lazımdır? Amma mən dediyimdə durdum, gülü saxladım. Ordan gətirdiyim üç xarıbülbüldən ikisini Şuşalı qohumlarıma verdim, birini özümdə saxladım. Həmin o gül budur".
Həmin gün həm də Təranə xanımın 30 il boyunca əzizləyib saxladığı xarıbülbülün Şuşayla görüşdüyü gün idi: "Bu gül mənim üçün Şuşanın yadigarıdır. Hərdən darıxırdım, gizlincə açıb ona baxırdım. Əvvəl fikirləşirdim ki, onu çərçivəyə qoyum, amma qıymadım. Elə o vaxt bükdüyüm kağızda da saxladım. Yadigarımı pulqabımda özümlə gəzdirirəm, saralmış kağıza necə bükmüşəmsə, elə də qalıb... 1991-ci ilin yayında Şuşaya gələndə hər tərəfə baxdım, ürəyimdən ağrı keçdi. Hiss etdim ki, bir daha qayıtmayacağıq. Düz düşünürdüm, o, elə sonuncu yay oldu... 1992-cı ilin fevralında, müharibə başlamamışdan bir gün öncə yoldaşımla Ağdama getdik, sonra Şuşaya qalxdıq, ondan sonra isə düşündük ki, Xankəndinin içi ilə geri qayıdaq. Ermənilər hər yerdə düşmənçilik ab-havası yaratmışdı. Qayıdandan sonra eşitdik ki, müharibə başladı. Ağlımıza gəlməzdi ki, belə bir şey olacaq. O zaman dedim ki, yayda qurutduğum gülü saxlayacağam, heç kimə verməyəcəm. Bu iləri ona baxıb həsrətlə yaşadım. Heç ağlıma gəlməzdi ki, Şuşa bizə qayıdacaq. Amma o möcüzəli gün gəldi və mən illərlə bizim kimi Şuşa həsrətini çəkən Xarıbülbülümü Vətəninə gətirdim. Bundan sonra da xarıbülbül dərəcəm, amma bu dəfə ayrılıq olmayacaq".
Ülkər Qasımova
Nicat Niftəliyev
Şuşa