Eldar Həsənov prokurorun suallarını cavablandırdı
    • 24-09-2021, 15:38
    • 509

Eldar Həsənov prokurorun suallarını cavablandırdı

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirilib.

E.Həsənov özünü təqsirli bilmədiyini deyib və prokurorun epizodlar üzrə suallarını cavablandırıb.

Sual-cavabdan sonra məhkəmə təqsirləndirilən şəxsin vəkillərinə söz verib. Müdafiəçilər indiki mərhələdə təqsirləndirilən şəxsə suallarının olmadığını söyləyib.

Hakim bildirib ki, proses şahid ifadələri ilə davam etdiriləcək.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.