-
- 12-11-2018, 18:20
- 1 165
"İnterpol"un həbs etdiyi azərbaycanlı özünü təqsirli bilməyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bu barədə E.Xəlilovun vəkili Xəqani İmanov məlumat verib.
Onun sözlərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə E.Xəlilov özünü təqsirli bilmədiyini deyib.
O, növbəti iclasda sərbəst ifadə verəcək.
Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.
İttiham aktına əsasən, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə ümumilikdə, 3 milyon 381 min AZN zərər vurub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
E.Xəlikov uzun müddət beynəlxaql axtarışda olub. O, bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstadisiya olunub.
//Report