Bu rayonlara hava ilə bağlı xəbərdarlıq edildi - Şimşək, leysan, dolu
    • 25-09-2021, 23:24
    • 279

Bu rayonlara hava ilə bağlı xəbərdarlıq edildi - Şimşək, leysan, dolu

Sentyabrın 25-dən 26-a keçən gecə Quba-Qusar rayonu və Şimal  zonasının bəzi yerlərində  şimşək çaxacaq,  arabir yağış yağacaq, bəzi yerlərdə  leysan xarakterli güclü olacaq, dolu düşəcək.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, belə hava şəraitinin gecə saat 02:00  radələrindən başlayaraq səhər saat 07:00-dək davam edəcəyi gözlənilir. 

Çaylarda sululuğun artacağı, Qusarçay,  Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay  çaylarından qısamüddətli  daşqın və sel keçəcəyi ehtimalı var. 

Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s-dək güclənəcək.