Amaliya Pənahovanın yerinə TƏYİNAT
    • 19-11-2018, 11:46
    • 1 932

Amaliya Pənahovanın yerinə TƏYİNAT

Bakı Bələdiyyə Teatrının direktoru vəzifəsinə mərhum xalq artisti Amaliya Pənahovanın qızı gətirilib.

Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru onun qızı Aynur Muxtarova təyin edilib. Aynur Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə tearının direktor müavini olub.
Xəbəri təsdiqləyən Bakı Bələdiyyə Teatrının Trubba müdiri Zemfira Babayeva bildirib ki, teatrda direktor vəzifəsini Aynur Muxtarova əvəz edir.
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.

//Unikal.org