"Hamımız bir şüar ilə yaşayırdıq - öldü var, döndü yoxdur!"
    • 27-09-2021, 10:11
    • 299

"Hamımız bir şüar ilə yaşayırdıq - öldü var, döndü yoxdur!"

"Müharibə dövründə biz hamımız bir şüar ilə yaşayırdıq - öldü var, döndü yoxdur!"

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Biz hər gün qələbə qazanırdıq, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri addım ataq. Baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət istehkam qurulmuşdu. 44 günlük müharibə zamanı Azərbaycan ordusunda bir dənə də olsun fərarilik olmayıb. Biz əsgər, zabitlərimizlə fəxr edirik, onların qəhrəmanlıqları unudulmayacaq”- deyə dövlət başçısı əlavə edib.