-
- 10-12-2020, 15:04
- 499
“Müharibə dövründə Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb” - İlham Əliyev
“Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm”.
News24.az xəbər verir ki, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.
Ali Baş Komandan deyib ki, mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib: “Bizim şəhərlərimizi ballistik raketlərlə, fosfor bombalarla, kaset bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş - onların arasında uşaqlar, qadınlar var - həlak olublar. 400-dən çox mülki vətəndaş yaralanıb, 5 mindən çox ev dağıdılıb, ya da o evlərə ziyan vurulub. Amma Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb. Dedilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”.
Prezident İlham Əliyev qeyd edib ki, müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub: “Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarla, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz döyüş meydanına qayıdaq, öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.