Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açıldı
    • 27-09-2021, 12:36
    • 424

Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açıldı

Ötən ilin 27 sentyabrından başlayan və Ordumuzun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.