-
- 19-11-2018, 13:16
- 1 026
Xidmətçisi qabları qırır deyə qabyuyan maşın ixtira edən qadın- FOTO
Qabyuyan maşını 1886-cı ildə Cozefina Koçran adlı qadın ixtira edib.
News24.az Cozefina ilə bağlı maraqlı məlumatları təqdim edir:
Koçran evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü heç vaxt qab yumayan Cozefinanın xidmətçiləri, onun üçün dəyərli olan qabları yuyan zaman çoxu sınırdı. Cozefina buna çarə tapmaq üçün xüsusi aparat lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi.
Beləcə o da bunu özü etdi. Əvvəlcə qab-qacaqların ölçülərini ölçdü. Daha sonra onlar üçün bölmələri düzəltdi. Onların hər biri xüsusilə qablara, fincanlara uyğun şəkildə hazırlandı. Bölmələr düz səthləri mis qazan içərisində bir təkər içinə yerləşdirildi. Mühərrik, isti sabunlu su qazanın dibindən yuxarıya fışqırır, qab-qacaqların üzərinə düşür və təkəri fırladırdı. Dostları bunu çox bəyəndi və onlar üçün də qabyuyan maşın hazırladı.
Yaxınları bu ixtiraya "Koçran qab-qacaq maşını" adını qoydular.
Bu ad qısa müddətdə geniş yayıldı və Koçrana restoranlardan, otellərdən qabyuyan maşın düzəltməsi üçün xeyli təklif aldı. O, hazırladığı maşının patentini aldı və işini daha da böyütdü. 1893-cü ildə Çikaqodakı Dünya Sərgisində ixtirasını göstərdi və "dayanıqlılıq və uyğunlaşmadan ən yaxşı mexaniki istehsal" mükafatını qazandı. Vhirlpul Şirkəti tərəfindən maddi yardım alaraq "Koçran İstehsal Şirkəti"ni qurdu.
Şəlalə Ağayeva