Elza Seyidcahandan daha bir ədəbsizlik: "Tüpürüm sizin üzünüzə"?
    • 19-11-2018, 13:44
    • 1 875

Elza Seyidcahandan daha bir ədəbsizlik: "Tüpürüm sizin üzünüzə"?

İlhamə Quliyeva rəhmətə getdikdən sonra dil açıb, gənc müğənniləri tənqid etməyə cəsarət edən Elza Seyidcahan neçə gündür tənqid və təhqirlərə məruz qalıb. 

O, özünə haqq qazandırmaq üçün onu tənqid edənlərə əvvəlcə şəxsi instagram hesabından təkəbbürlü "şanlı məktub" yazıb. Orda camaata aidiyyatı olmayan məsələləri qabardaraq özünü xeyirxah mələk kimi göstərməyə cəhd edib. Məsələn, yazıb ki, İlhamə Quliyeva öldükdən sonta onun üçün yasin oxudur, ehsan verir, qəbrinə ağ çiçəklər düzür. Maraqlıdır, bunu insanların gözünə soxmağın nə anlamı var? Guya bu, onun efirdən hansısa qızı və sement-qum qarışdırıb fəhləliklə məşğul olanları təhqir etməyə rəvac verir?! Sonra vurğulayıb ki, onun tənqidləri, kiminsə haqda ümumiyyətlə söz deməsi guya böyük şərəfdir və kimin haqda söz deyirsə, həmin adam az qala göylərə ucalır. Guya bunun üçün camaat onun qapısına axın edir. Dəfələrlə maşınla onun yaşadığı evin qarşısından keçmişəm. Qapısının önündə nəinki adam, heç it-pişik də görmədim bu vaxta qədər.
Elza paylaşımını İlhamə Quliyevanın onu təriflədiyi video-görüntünü paylaşıb. Nə olsun? Guya camaat bilmirdi ki, İlhamə xanım həyatı boyu kimisə boş yerə tərifləməyib? Onun tərifləri yalnız nəyinsə qarşılığında olub. Məsələn, pul, qızıl və sair bahalı hədiyyələr. Kim bilir, İlhamə Quliyeva tərəfindən təriflənmək üçün Elza Seyidcahan nəyi qurban vermişdi... 
Nə isə ki, Elza kimi oxumağı ilə deyil, ancaq əndrəbadi imici, insafən desək, gözəlliyi, fəlakətli şeirləri və digər lazımsız amilləri ilə gündəmdə olan birindən ona edilən tənqidlərə qarşı başqa reaksiya gözləmək özü qəbahət olardı. Çünki sonda yenə də öz ampluasında çıxış edib - "Tüpürüm sizə hündür ağac başından?!" Çox ayıb Elza Seyidcahan!... Unutmusuz deyəsən, siz təksiz, amma yalnış bir addımınıza görə sizi tənqid edən minlərlə adam var... Ağız suyunuz quruyar!
Elza Seyidcahan bunu beyninizdən heç vaxt silməyin - o rişxənd etdiyiniz sement-qum qarışdıranların əlinin zəhməti olmasaydı, yaşadığınız ev də olmazdı. Siz ən yaxşısı, müftəxorlara, sponsorluq üçün qapılarını döydüklərinizə dil uzadın - əgər cəsarətiniz yetirsə! Çox təəssüf, bəzən xarici gözəllik insanın daxilini gözəlləşdirməyə yetmir... 

Azər NƏSİBOV