Prokurorluq işçiləri şəhid və qazi ailələrini ziyarət etdi - FOTOLAR
    • 29-09-2021, 10:38
    • 323

Prokurorluq işçiləri şəhid və qazi ailələrini ziyarət etdi - FOTOLAR

27 sentyabr–Vətən müharibəsi şəhidlərinin Anım günü və 1 Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə I və II Qarabağ müharibələrində iştirak etmiş şəhid və qazi ailələri prokurorluq işçiləri tərəfindən ziyarət edilib.

News24.az xəbər verir ki, 26-28 sentyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun işçiləri hər bir şəhid və döyüşlərdə yaralanmış qazi ailəsinin üzvləri ilə görüşərək onların dərdlərinə şərik olmuş, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün qəhrəmanlıqlarından danışəblar. 

Ziyarətin yekununda xatirə fotoşəkilləri çəkilib.