-
- 28-07-2021, 11:33
- 1 087
Şəhid ailələrinə və müharibə iştirakçılarına yardımlar davam edir
44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş 8 nəfər mədəniyyət işçisi şəhid olub, 10 nəfər mədəniyyət işçisi isə yaralanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhid olmuş mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə maddi yardım göstərilib.
News24.az xəbər verir ki, eyni zamanda, Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, əlamətdar günlərdə şəhid ailələri ziyarət olunur və mövcud problemlərinin həlli məqsədilə müvafiq dəstək tədbirləri görülür.
Cari ilin 29 yanvar tarixindən bu günədək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 100 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilmişdir. Onlardan 53 nəfər şəhidlərin ailə üzvü, 10 nəfər döyüşlərdə yaralan, 21 nəfər döyüşlərdə yaralanların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 6 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür.
Mədəniyyət Nazirliyi bu istiqamətdə fəaliyyətini mütəmadi olaraq davam etdirilir.