Sabahın havası açıqlandı
    • 29-09-2021, 13:05
    • 387

Sabahın havası açıqlandı

Azərbaycanda sentyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti, Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütuna yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimal və şərq rayonlarında güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.